Bakı. Trend:
Böyük Britaniyada 2018-ci ildən bəri ölkəyə qayıqla qanunsuz
miqrantların gəlmədiyi ən uzun dövr qeydə alınıb.
Trend xəbər verir
ki, bu barədə “Sky News” Britaniyanın Daxili İşlər Nazirliyinə
istinadən məlumat yayıb.
Məlumata görə, son 28 gün ərzində La-Manş boğazını keçən kiçik
qayıqlarla miqrantların gəlişi qeydə alınmayıb. Nazirliyin
açıqlamasında bildirilib ki, sonuncu belə hadisə noyabrın 14-də baş
verib.

