
Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) oktyabr buraxılışında dərc olunan
“World Economic Outlook” hesabatında Azərbaycanın cari əməliyyatlar
balansı və işsizlik səviyyəsinə dair proqnozlarını yeniləyib.
Trend xəbər verir
ki, oktyabr proqnozlarına əsasən, Azərbaycanın cari əməliyyatlar
balansının profisitinin 2025-ci ildə ÜDM-in 4,3 faizi, 2026-cı ildə
isə 2,3 faizi həcmində olacağı gözlənilir. Müqayisə üçün, bu
göstərici 2024-cü ildə 6,3 faiz təşkil edib. Bu isə apreldəki
buraxılışla müqayisədə proqnozun xeyli azaldığını göstərir. Belə
ki, həmin vaxt 2025-ci il üçün 7,8 faiz, 2026-cı il üçün isə 4,1
faiz səviyyəsində profisit proqnozlaşdırılmışdı.
Eyni zamanda BVF Azərbaycanda işsizlik səviyyəsinin sabit
qalacağını — 2025 və 2026-cı illərdə 5,3 faiz, 2024-cü ildə isə 5,4
faiz səviyyəsində olacağını proqnozlaşdırır. Bu göstəricilər
hesabatın apreldəki buraxılışında yer alan proqnozlarla üst-üstə
düşür.

