
Bakı. Trend:
Bundesliqanın 1-ci turu çərçivəsində Münhen «Bavariya»sı ilə
«Ştutqart» arasında keçirilən matç başa çatıb. Qarşılaşma «Arena
Münhen» stadionunda keçirilib. Oyunun baş hakimi Sören Ştorks
(Felen) olub. Matç meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə
başa çatıb.
İlk hissənin ortalarında «Bavariya»nın müdafiəçisi Dayot
Upamekano hesabı açıb. İkinci hissənin əvvəlində «Ştutqart»ın
müdafiəçisi Yoşa Vaqnomann hesabı bərabərləşdirib. 55-ci dəqiqədə
vinger Maykl Olise meydan sahiblərini yenidən önə keçirib. 57-ci
dəqiqədə «şvabların» müdafiəçisi Yoşa Vaqnomann avtoqol müəllifi
olub. 82-ci dəqiqədə yarımmüdafiəçi Aleksandar Pavloviç Münhen
təmsilçisinin üstünlüyünü artırıb. 90+2-ci dəqiqədə hücumçu Luis
Dias «Bavariya»nın beşinci qolunu vurub.
2-ci turda «Bavariya» sentyabrın 5-də «Şalke-04»lə, «Ştutqart»
isə sentyabrın 4-də «Köln»lə qarşılaşacaq.

