
Bakı. Trend:
İnsayder Fabritsio Romanonun məlumatına görə, “Barselona” Hamza
Karimin satınalma bəndini aktivləşdirərək onun transfer hüquqlarını “Əl Əhli”dən alıb.
Trend xəbər verir ki,
transferin məbləği 1,5 milyon avro və əlavə bonuslardan ibarət
olacaq.
Kataloniya klubunda hesab edirlər ki, 18 yaşlı hücumçu gələcək
üçün böyük potensiala malikdir. O, 2026-cı ilin yanvarında
“Barselona”nın sisteminə qoşulub və altı aylıq çıxışından sonra
klub onunla uzunmüddətli əməkdaşlıq etmək qərarına gəlib.
Karim 2026-cı il DÇ-2026-da Misir yığmasının heyətində çıxış
edəcək.

