Bank sektorunda kredit portfelinin dollarlaşması tarixi minimuma enib

Baş səhifə

Bakı. Trend:

Bazar üzrə dedollarlaşma trendləri davam edir.

Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, 2025-ci ilin
birinci yarısında bank sektoru üzrə kredit portfelinin
dollarlaşması 1.5 faiz bəndi azalaraq 14.6% (tarixi minimum)
olub.




Bildirilib ki, depozit portfeli üzrə dollarlaşmada artım qeyd
olunsa da, artım əsasən hüquqi şəxslərin tələbli depozitlər
əsasında formalaşır.

Qeyd edilib ki, 2024-cü ilin sonuna nisbətdə depozit portfelində
dollarlaşma 3.3 faiz bəndi artaraq 40.8%-ə yüksəlib.