Bakıda “D-8 İqlim və Şəhərlər Dialoqu” keçiriləcək

Baş səhifə

Bakı. Trend:

İki həftədən sonra, oktyabrın 13-17-də Bakıda yüksək səviyyəli “D-8 İqlim və Şəhərlər Dialoqu” keçiriləcək.

Trend xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi
əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Bakı İqlim Fəaliyyəti
Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.




O qeyd edib ki, ilk dəfə olaraq bu formatda iqlim və şəhərsalma
nazirləri, komissiyalar və şəhər merləri bir araya gətiriləcək.

D-8-in 2020–2030-cu illəri əhatə edən 10 illik inkişaf
proqramının icrasında şəhərlərin rolu və təsiri
qiymətləndiriləcək.