
Bakı. Trend:
Vaşinqton administrasiyası İrandakı nüvə proqramı probleminin
danışıqlar yolu ilə və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA)
keçirdiyi inspeksiyalar hesabına nizamlanması imkanından imtina
etmir. Bunu ABŞ-ın energetika naziri Kris Rayt bildirib.
“Biz İranın nüvə proqramına danışıqlar və BAEA-nın
inspeksiyaları yolu ilə son qoymaqda qəti qərarlıyıq”, – deyə o
jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bu, [ABŞ Prezidenti Donald] Tramp administrasiyasının ilk
gündən tutduğu xətt olub. Biz bu imkandan imtina etmirik”, – deyə
Rayt əlavə edib.

