Azərbaycanın “Milla” şirkəti Daşkənddə süd məhsulları istehsalında maraqlıdır – nazir

Baş səhifə

Daşkənd. Trend:

Azərbaycanın “Milla” şirkəti Daşkənddə süd məhsullarının
istehsalını təşkil etməkdə maraqlıdır.

Trend-in xüsusi
müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistanın investisiyalar,
sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə keçirilən
Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı
deyib.

“Azərbaycanın “Milla” şirkətinin Daşkənddə süd məhsullarının
istehsalının təşkilinə marağını alqışlayırıq”, – deyə Kudratov
bildirib.




Onun sözlərinə görə, aqrosənaye və ərzaq sahələrində
əməkdaşlığın inkişafı Özbəkistan və Azərbaycan regionları arasında
qarşılıqlı fəaliyyətin perspektivli istiqamətlərindən biridir.

Kudratov qeyd edib ki, Sırdərya vilayəti ilə Füzuli, həmçinin
Qaşqadərya vilayəti ilə Beyləqan bağçılıq, kənd təsərrüfatı
məhsullarının dərin emalı və hazır ərzaq məhsullarının istehsalına
diqqət yetirə bilərlər.

Qeyd edək ki, Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu
iqtisadi əməkdaşlığın genişləndirilməsinə və birgə investisiya,
ticarət layihələrinin həyata keçirilməsinə həsr olunub. Forum
Daşkənddə keçirilir və iki ölkənin regionları arasında birbaşa
əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin investisiya,
sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə
yönəlib.