Azərbaycanda son illərdə əldə olunan nailiyyətlər vahid səyin parlaq nümunəsidir – Almaniyadan olan səyyah

Baş səhifə

Ağdam. Trend:

Hesab edirəm ki, Azərbaycanda son illər baş verən hadisələr bir
ölkənin ümumi məqsəd naminə səyləri birləşdirməklə nələrə nail ola
biləcəyinin əla nümunəsidir.

Trend xəbər verir
ki, bunu Ağdam şəhərinə səfəri zamanı jurnalistlərə Almaniyadan
olan səyyah Karl Kupfner deyib.

“Bu mənim Azərbaycana ilk səfərimidir və mən belə qısa müddət
ərzində gördüklərimdən çox təsirlənmişəm. Ölkə haqqında daha çox
öyrənmək, ələlxüsus da sizin qonqaqpərvərliyi qiymətləndirmək üçün
burada bir neçə gün keçirmək fürsətini səbirsizliklə gözləyirəm”, –
deyə səyyah vurğulayıb.




Qeyd edək ki, səkkiz ölkədən olan səyahətçilər qrupuna “Extreme
Traveler International Congress” (ETIC – Beynəlxalq Ekstremal
Səyyahlar Konqresi) klubunun rəhbəri Kolya Sporin rəhbərlik
edir.

Nümayəndə heyəti Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli marşrutu üzrə
iki günlük avtomobil səyahəti planlaşdırır.

Azad olunmuş ərazilərin black tourism (“qara turizm”)
çərçivəsində tanıdılması və genişmiqyaslı tikinti və bərpa
işlərinin nümayiş etdirilməsi məqsədilə aparıcı beynəlxalq
səyahətçi klubları 2021–2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzur
bölgələrinə 14 səfər təşkil edib. Bu, artıq 15-ci belə
səfərdir.