Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Beş nəfər HƏLAK OLDU – YENİLƏNİB

Baş səhifə

Şəmkir rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, qəza nəticəsində 3-ü uşaq, 2-si böyük olmaqla ümumilikdə 5 nəfər hadisə yerində dünyasını dəyişib.

Dünyasını dəyişən şəxslərin Şəmkir rayonunun Mahmudlu kənd sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq başvermə səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

***

18:16

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar var.