
Bakı. Trend:
Bu ilin mayın 1-nə Azərbaycanda bankların kredit portfelinin
strukturunda biznes kreditlәri 53,3% (16,313 milyard manat) paya
malik olub.
Trend
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, bir
ay əvvəlki göstərici ilə müqayisədə 97,8 milyon manat və ya 0,6%,
ötən ilin eyni dövrünə nisbətən isə 1,4 milyard manat və yaxud 9,1%
çoxdur.
Hesabat dövründə biznes kreditlərinin strukturunda iri
sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,461 milyard
manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən
53,6 milyon manat və ya 0,6% azalma, ötən ilin eyni dövrünə
nisbətən isə 61,6 milyon manat və ya 0,7% artım deməkdir.
Eyni zamanda bu ilin mayın 1-nə ölkədə orta sahibkarlıq
subyektlərinə 2,308 milyard manat kredit verilib. Bu, bir ay əvvələ
nisbətən 15,6 milyon manat və ya 0,7%, ötən ilin eyni dövrü ilə
müqayisədə isə 404,4 milyon manat və ya 21,2% çoxdur.
Həmçinin 2026-cı ilin mayın 1-nə Azərbaycanda kiçik sahibkarlıq
subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,784 milyard
manat təşkil edib ki, bu da aylıq müqayisədə 51,7 milyon manat və
ya 3%, illik müqayisədə isə 267,5 milyon manat və ya 17,6% artım
deməkdir.
Bundan başqa, bu ilin mayın 1-nə ölkədə mikro sahibkarlıq
subyektlərinə 3,760 milyard manat biznes kreditləri verilib. Bu isə
əvvəlki ayla müqayisədə 84,1 milyon manat və ya 2,3%, illik
müqayisədə isə 626,4 milyon manat və yaxud da 20% çoxdur.
Qeyd edək ki, 2026-cı ilin mayın 1-nə Azərbaycanda bankların
kredit portfeli 30,609 milyard manat olub. Kredit portfelinin
strukturunda biznes kreditlәri 53,3% (16,313 milyard manat),
istehlak kreditlәri 31,5% (9,629 milyard manat) vә ipoteka
kreditlәri 15,2% (4,667 milyard manat) təşkil edib.

