Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 1 861 ədəd
yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri
gətirilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 55,3
milyon ABŞ dolları olub.




Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi
ilə 1010 ədəd və ya 35,2%, dəyər ifadəsi ilə isə 59,5 milyon ABŞ
dolları və ya 51,8% azdır.

Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,999
milyard ABŞ dolları dəyərində 104 404 ədəd avtomobil idxal edilib.
Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi
ilə 21 478 ədəd və ya 25,9%, dəyər ifadəsi ilə 325,6 milyon ABŞ
dolları, yaxud da 19,5% artıb.

Dövr ərzində ölkəyə 90,6 milyon ABŞ dolları dəyərində 808 ədəd
sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün
nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,786 milyard ABŞ
dolları dəyərində 96 057 ədəd əsasən adam daşımaq üçün nəzərdə
tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat
vasitələri idxal edilib.