Bakı. Trend:
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Aktobe şəhərində
keçirilən Avrasiya Liqası yarışında inamlı çıxış nümayiş
etdiriblər.
Trend xəbər verir
ki, gənclərdən ibarət yığma komanda baş məşqçi Ramil Cəfərovun
rəhbərliyi ilə mübarizə aparıb.
Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən ibarət
kollektiv ilk turun altı görüşündən beşində qələbə qazanıb. Yalnız
bir oyunda məğlub olan Azərbaycan komandası ümumi nəticələrə əsasən
turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Avrasiya Liqasının
növbəti turunun görüşləri mayın 28-31-də keçiriləcək.
Qeyd edək ki, bundan əvvəl qadınlardan ibarət yığma da analoji
yarışda debüt edib. Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman
Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət komanda 8 oyundan
7-də qələbə qazanaraq ilk turun yekunlarına görə ikinci yerdə
qərarlaşıb.

