“Araz-Naxçıvan” qış təlim-məşq toplanışına start verib.
Klubdan “Report”a verilən məlumata görə, 2026-cı ilin ilk məşqinə yeni baş məşqçi Andrey Demçenkonun rəhbərliyi ilə çıxan komandanın hazırlıq prosesində 12 futbolçu iştirak edib.
Legionerlərdən Bruno Franko məşqdə yer alıb, digər əcnəbilər isə sabahdan çalışmalara qoşulacaqlar.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

