Ankarada qəzaya uğramış Liviya təyyarəsinin “qara qutu”su tapılıb

Baş səhifə

Bakı. Trend:

Ankarada qəzaya uğramış Liviya ordusunun qərargah rəisinin
olduğu təyyarənin qara qutusu aşkarlanıb.

Trend xəbər verir
ki, bu barədə qəza yerinə baxış keçirmiş Türkiyə DİN rəhbəri Əli
Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.




“”Qara qutu” çərşənbə günü yerli vaxtla 03:45-də (Bakı vaxtı ilə
04:45) tapılıb. Hazırda hərtərəfli araşdırma aprılmaqdadır, onun
nəticələri yaxın günlərdə məlum olacaq”, – deyə daxili işlər naziri
bildirib.

Nazirin sözlərinə görə, Məhəmməd Əl Həddadın göyərtəsində olduğu
“Falcon 50” təyyarəsi yerli vaxtla 20:17-də Esenboğan aeroportundan
qalxıb. Saat 20:32-də ekipaj üzvləri göyərtədə fövqəladə vəziyyətlə
bağlı xəbərdarlıq verərək, geri döndüklərini bildiriblər. 4
dəqiqədən sonra isə təyyarə ilə rabitə kəsilib. Təyyarənin
dağıntıları 22:00 (Bakı vaxtı ilə 23:00) Ankara vilayətinin Hayman
rayonunun ərazisində tapılıb. Qəzaya uğramış təyyarənin
göyərtəsində səkkiz nəfər olub.