AMB əhalinin borc yükünün artmasına münasibət bildirdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) əsas məqsədi izafi
borclanmanın qarşısını almaqdır.

Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru
Şahin Mahmudzadə maliyyə sabitliyinə dair keçirilən mətbuat
konfransında bildirib.

“Biz borclanmaya qarşı deyilik, sadəcə borclanma sağlam formada
olmalıdır. Yəni, 5 manat gəliri olana 6 manat borc verilməməlidir”,
– baş direktor vurğulayıb.




O qeyd edib ki, AMB-nin bu istiqamətdə gördüyü tədbirlər daha
çox izafi borclanmanın qarşısını almaqdır: “Bununla bağlı daha sərt
tədbirlərdə görülə bilər. Əhalinin gəlirləri artıb, buna
münasibətdə borclanma da artıb. Ancaq region ölkələrindən aşağı
səviyyədədir”.

Qeyd edək ki, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə
nisbəti ötən ilin sonu ilə müqayisədə 0.5 faiz bəndi artaraq 18.5%
olub. Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və
maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə görə, bazar
payına əsasən, bankların 49%-i əhalinin borclanmasında dəyişiklik
olmadığını, 50%-i isə orta dərəcədə artım olduğunu bildirib.