Bakı. Trend:
ABŞ son 24 saat ərzində Yaxın Şərqə 50-dən çox F-35, F-22 və
F-16 qırıcılarını göndərib.
Trend xəbər verir
ki, məlumat Axiosa istinadən verilib.
Məlumata görə, bölgəyə göndərilən texnika sırasında ən yeni
beşinci nəsil F-35 və F-22 qırıcıları, həmçinin uzun illər sınaqdan
çıxmış dördüncü nəsil çoxfunksiyalı F-16 qırıcıları yer alır.
Paralel olaraq bildirilib ki, ABŞ Fars körfəzi regionunda hərbi
mövcudluğunu artırmaqda davam edir.
Daha əvvəl ABŞ-nin USS Gerald R. Ford aviadaşıyıcısının Yaxın
Şərqə istiqamətləndiyi bildirilib.

