
Bakı. Trend:
Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans
Liqasında “Tvente”yə (Niderland) qarşı Tofiq Bəhramov adına
Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı
metropoliteninin iş rejimi dəyişdiriləcək.
Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində
fəaliyyət göstərəcək.
Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq.
”Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər
görüləcək.
Gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam
etdirəcək.

