
Bakı.Trend:
Ermənistan bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla elektrik
enerjisi idxalı imkanlarını müzakirə edir.
Ermənistan KİV-in məlumatına görə, bunu Ermənistanın Baş naziri
Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.
“Elektrik enerjisinin ötürülməsinin müxtəlif rejimləri
mövcuddur. Bəzən ölkələrdə artıq enerji, bəzən isə tələbat yaranır.
Ermənistanın süni intellekt sahəsinə yatırdığı investisiyaları
nəzərə alaraq, biz başa düşməliyik: zərurət yaranacağı təqdirdə,
haradansa, o cümlədən Azərbaycandan elektrik enerjisi idxal etmək
imkanımız olacaqmı?” – Paşinyan bildirib.
O, həmçinin Ermənistanın bu məsələləri Gürcüstan, Türkiyə və
İranla müzakirə etdiyini vurğulayıb.

