Bakı. Trend:
Kanada Baş naziri Mark Karni ölkəsinin ABŞ ilə gömrük tarifləri
və ticarət mövzusunda dayandırılmış danışıqlara yenidən başlaymağa
hazır olduğunu açıqlayıb.
Trend xarici
KİC-ə istinadən xəbər verir ki, Karni bu barədə Asiya–Sakit Okean
İqtisadi Əməkdaşlıq zirvəsinə getməzdən əvvəl jurnalistlərə
müsahibəsində danışıb.
Danışıqlar dayandırılmadan əvvəl sektoral sahələr üzrə müəyyən
irəliləyişlər əldə edildiyini vurğulayan Baş nazir deyib:
“Bu prosesi, Amerika tərəfi hazır olduğunda, qaldığımız yerdən
davam etdirə bilərik. Çünki bu, həm Kanadanın, həm də ABŞ-nin
işçiləri üçün faydalı olacaq.”

