ABŞ Hörmüz boğazı vasitəsilə enerji təchizatını artırmağa çalışır – Cey Di Vens

Baş səhifə

Bakı. Trend:

ABŞ Hörmüz boğazından nəql olunan neft və qazın həcmini maksimum
dərəcədə artırmaq üçün İranla danışıqları davam etdirir.

Bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens “Fox News” televiziya
kanalına müsahibəsində deyib.

“Əlbəttə ki, danışıqlar aparırıq. Hörmüz boğazından keçən neft
və qazın miqdarını maksimum dərəcədə artırmağa çalışırıq; hazırda
əsas diqqətimiz buna yönəlib”, – deyə o bidirib.




Onun sözlərinə görə, ABŞ münaqişədən “bizə lazım olanı” əldə
etməyə çalışır.

Vens bir daha qeyd edib ki, ABŞ İranın nüvə proqramını məhv edib
və ölkənin hərbi imkanlarını əhəmiyyətli dərəcədə azaltıb.