Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib: Xəsarət alanlar var

Cəmiyyət


Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə nəticəsində 3 nəfər, Bakı şəhər sakinləri – 1999-cu il təvəllüdlü Nübar Məmmədli, 1992-ci il təvəllüdlü Əhliman Məmmədli və 2016-cı il təvəllüdlü M.Qurbanlı xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az