Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə nəticəsində 3 nəfər, Bakı şəhər sakinləri – 1999-cu il təvəllüdlü Nübar Məmmədli, 1992-ci il təvəllüdlü Əhliman Məmmədli və 2016-cı il təvəllüdlü M.Qurbanlı xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az

