Ramana qəsəbəsində yol təmiri niyə yarımçıq aparılıb? – VİDEO

Cəmiyyət


Suraxanı rayonu, Ramana qəsəbəsinin əsas yolu asfaltlanıb, ara küçələrdə isə iş aparılmayıb.

Xezerxeber.az-ın məlumatına görə, Samir Əliyev küçəsinin sakinləri bir həftə əvvəl yolda aparılmış təmirdən narazıdırlar.

Onlar deyirlər ki, uzun illər idi əsas küçədə asfalt qatı yararsız halda idi. Bir həftə əvvəl təmir aparıldı, amma ara küçələrdə bu işlər icra edilmədi.

Sakinlərin sözlərinə görə, qışda yağış yağanda ara küçələrdə hərəkət etmək mümkün olmur.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazidə təmir işləri tam yekunlaşmayıb. Vəd edildi ki, yararsız vəziyyətdə olan küçələr də yaxın vaxtlarda asfaltlanacaq.

Daha ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir