Göygöldə baş verən sel zamanı üç nəfər xəsarət alıb – VİDEO

Cəmiyyət


Göygöl rayonunun Topalhəsənli kəndində baş verən sel zamanı üç nəfər xəsarət alıb.

resmixeber.az-ın məlumatına görə, xəsarət alanlar ana və iki övladı olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov resmixeber.az-a açıqlamasında bildirib ki, intensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndini sel basıb və nəticədə fəsadlar yaranıb:

“Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək fəsadların aradan qaldırılması, insanlara kömək göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçiriblər. Polis əməkdaşlarının köməkliyi ilə Gəncə şəhər sakinləri V. Həziyev, T. Məmmədova və V. Həziyeva çay axınından xilas edilib. Onlar müxtəlif yüngül bədən xəsarətləri alıblar. İlkin yardım göstərilib”.

Qeyd edək ki, Göygöl rayonunun Topalhəsənli kəndində istirahət edən iki nəfəri sel aparıb. Artıq onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib. 

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir