Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV beynəlxalq konfrans keçirilir (FOTO)

Baş səhifə

Bakı.Trend:

Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində
“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi
və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV
beynəlxalq konfrans keçirilir.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, konfrans Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının
təşkilatçılığı ilə baş tutur.




Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq
təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri,
itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər,
qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları
sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş
xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər
iştirak edir.

Xəbər yenilənəcək