
Bakı.Trend:
“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts NBC News
telekanalına müsahibəsində bildirib ki, süni intellektin inkişafı
bir milyard insanın ölümü ilə nəticələnə biləcək hadisələrə səbəb
ola bilər.
“Şübhəsiz ki, süni intellekt bir milyard insanın
ölümü ilə nəticələnə biləcək hadisələri idarə etmək üçün kifayət
qədər güclüdür”, – deyə Qeyts bildirib.
Onun sözlərinə görə, süni intellekt şirkətlərinin
yalnız özünütənzimləməsi kifayət deyil. O, ABŞ hakimiyyətini
müvafiq qanunvericilik qəbul etməyə, həmçinin hüquq-mühafizə
orqanlarını və siyasətçiləri texnologiyanın inkişafına nəzarət və
monitorinq prosesinə cəlb etməyə çağırıb.
“Bu, məcburi olmalıdır. Bu, sənaye üçün cüzi əlavə
xərc yaradacaq, lakin onların gördüyü işlərin kəskin şəkildə
yavaşlamasına səbəb olmayacaq”, – deyə Qeyts əlavə edib.

