Şəmkirdə yol qəzasında 5 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər
həyatını itirib.

Trend xəbər
verir ki, qəza Bakı-Qazax avtomobil yolunun rayonun Əliyaqublu
kəndindən keçən hissəsində baş verib.




İlkin məlumata əsasən, “VAZ 2106” və “KİA” markalı iki minik
avtomobili toqquşub. Hadisə zamanı Sarıtəpə kəndinin 5 sakini həlak
olub. Onlardan 3-ü uşaq, 2-si isə böyükdür.

Faktla bağlı araşdırma aparılır.