Dünya çempionatı: İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

Baş səhifə

Bakı. Trend:

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə
dünya çempionatında 1/4 final mərhələsinin daha bir oyunu
keçirilib.

Mundialın əsas favoritlərindən hesab olunan İngiltərə millisi
1/8 finalda Braziliyanı mübarizədən kənarlaşdıran Norveçlə
qarşılaşıb. Mayamidəki “Hard Rok” stadionunda təşkil olunan
qarşılaşma ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.




Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Hesabı 36-cı
dəqiqədə Norveç millisinin hücumçusu Andreas Şelderup mükəmməl
qolla açıb. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə
Cud Bellingem tarazlığı bərpa edib. Əlavə vaxtda (93-cü dəqiqə)
daha bir qol vuran Bellingem İngiltərə yığmasını yarımfinala
yüksəldib.

1/4 finalın sonuncu oyunu Bakı vaxtı ilə saat 05:00-da Argentina
və İsveçrə yığmaları arasında olacaq. Bu cütün qalibi yarımfinalda
İngiltərə ilə qarşılaşacaq.