Aİ-də yaşayan ukraynalıların sayı 4,38 milyona çatıb

Baş səhifə

May ayında Avropa İttifaqının 26 ölkəsindən 22-də müvəqqəti müdafiə statusu alan Ukrayna vətəndaşlarının sayı artıb.

Modern.az xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatında qeyd olunub.

Məlumata görə, ən böyük artım İtaliyada qeydə alınıb. Bu ölkədə müvəqqəti müdafiə alan ukraynalıların sayı 6250 nəfər (+15,3%) artıb. Sonrakı yerlərdə Almaniya (3610 nəfər, +0,3%) və İspaniya (2295 nəfər, +0,9%) qərarlaşıb.

Ən böyük azalma isə Bolqarıstanda müşahidə olunub. Burada müvəqqəti müdafiə statusu alan ukraynalıların sayı 12 345 nəfər (-14,8%) azalıb. Polşada bu göstərici 3750 nəfər (-0,4%), Fransada isə 665 nəfər (-1,3%) təşkil edib.

Eurostatın məlumatına əsasən, may ayının sonuna Avropa İttifaqında ümumilikdə 4,38 milyon Ukrayna vətəndaşı müvəqqəti müdafiə statusuna malik olub.