NATO Rusiyanın 2030-cu ildə Baltik ölkələrinə hücum edəcəyi iddialarını təkzib edib

Baş səhifə

NATO Rusiyanın 2030-cu ildə Baltikyanı ölkələrə hücuma hazırlaşdığı ilə bağlı iddiaları təsdiqləməyib.

Modern.az xəbər verir ki, bu barədə The Times nəşri alyansdakı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, NATO-da Rusiyanın 2030-cu ildə Baltikyanı ölkələrə hücum planı hazırladığına dair ehtimallar dəstəklənmir.

Məlumatda həmçinin bildirilir ki, Qərb ölkələrinin bəzi liderləri Rusiyadan qaynaqlandığı iddia edilən təhlükəni müdafiə xərclərinin artırılmasını əsaslandırmaq üçün istifadə edirlər.