Çexiya bir gündə iki dəfə temperatur rekord həddə çatıb

Baş səhifə

Bakı. Trend:

Çexiyada hava müşahidələri tarixində ən isti gün olan bazar günü
temperatur rekordu iki dəfə qırılıb.

Bu barədə ölkənin Milli Hidrometeorologiya İnstitutu məlumat
yayıb.




Məlumata əsasən, Çexiyanın şimal-qərbindəki Ustetski diyarının
Doksanı kəndində saat 15:00 radələrində kölgədə hava rekord həddə –
41,1 dərəcə Selsiyə çatıb. Bir neçə saat sonra eyni yerdə 41,9
dərəcə qeydə alınıb.

Bu arada, meteoroloqlar yaxın saatlarda respublikaya soyuq
cəbhənin keçəcəyi barədə xəbərdarlıq ediblər. Temperatur 10
dərəcədən çox düşəcək.