
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya silah
tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır.
Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava
Qüvvələri Bazasında çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, ABŞ əvvəlki administrasiya dövründə
Ukraynaya böyük həcmdə silah və hərbi texnika təqdim edib, lakin bu
xərclərin Avropa tərəfindən qarşılanması tələb olunmayıb. Tramp
qeyd edib ki, Avropa ölkələri ilə görüşlərində bu məsələyə diqqət
çəkib və onlara təxminən 350 milyard dollar dəyərində yardım
göstərildiyini xatırladıb.
ABŞ Prezidenti əlavə edib ki, hazırda tətbiq olunan yeni
mexanizmə əsasən, Ukraynaya silah tədarükünün maliyyələşdirilməsini
əsasən Avropadakı NATO müttəfiqləri həyata keçirir.

