
Bakı. Trend:
Bakı şəhərində müşahidə olunan intensiv yağışlar səbəbindən
yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam
etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Bakı
Şəhər İcra Hakimiyyəti, paytaxtın RİH başçıları, onların aparatı və
aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində
çalışır.
Qeyd edilib ki, yağış nəticəsində bəzi ərazilərdə normanı
dəfələrlə üstələyən yağıntının kollektorlar tərəfindən
kənarlaşdırılması gecikmələr müşahidə edilir.
Nəticədə, bəzi ərazilərdə su yığılması halları müşahidə edilir,
şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən
müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinə təqdim edilir.
Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan
qaldırılması istiqamətində işlər davam etdirilir.

