
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Amerika qoşunlarının Almaniyadan
Polşaya yerləşdirilə biləcəyini bildirib.
Trend xəbər verir ki, o
bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Tramp Almaniya kansleri Fridrix Mertslə fikir ayrılıqları
fonunda ABŞ hərbçilərinin mümkün yerdəyişməsi ilə bağlı suala cavab
olaraq “Bu mümkündür” ifadəsini işlədib.


