Qazaxıstanın qərbinə PUA olduğu ehtimal edilən obyekt düşüb

Baş səhifə
Qazaxıstanın qərbinə PUA olduğu ehtimal edilən obyekt düşüb

Qazaxıstanın qərbinə, Aktöbe vilayətinə pilotsuz uçuş aparatı (PUA) olduğu ehtimal edilən obyekt düşüb.

“Report” Qazaxıstan mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları faktla bağlı yoxlamalara başlayıb. Qeyd olunur ki, sosial şəbəkələrdə yayılan videoda partlayış anı əks olunub.

“Aktöbe vilayətinin Polis Departamenti səlahiyyətli xidmətlərlə birgə Karqalı rayonunda PUA-nın qalıqlarına bənzər əşyaların aşkarlanması faktı üzrə yoxlama tədbirləri həyata keçirir. Obyekt yaşayış məntəqəsinin ərazisindən kənarda aşkarlanıb. Hadisənin bütün halları araşdırılır”, – məlumatda bildirilib.

Nəşrlər qeyd edib ki, bu, son bir ildə Qazaxıstanın qərbində baş vermiş ilk belə hadisə deyil. 2025-ci il fevralın 18-də Qərbi Qazaxıstan vilayətinin Bökeyorda rayonunun Uyalı kəndi yaxınlığında da PUA aşkarlanmışdı.