Ucarda 15 yaşlı qız ana olub, cinayət işi başlanılıb

Baş səhifə

Bakı.Trend:

Ucar rayonunda azyaşlının ana olması faktı ilə bağlı
araşdırmalara başlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
məlumat verilib.

Bildirilib ki, daxil olan məlumat əsasında Ucar Rayon Polis
Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb və hazırda
istintaq tədbirləri davam etdirilir.




Məlumata əsasən, aprelin 14-ü saat 19:00 radələrində 2011-ci il
təvəllüdlü hamilə qız doğuş sancıları ilə Ucar Rayon Mərkəzi
Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Müayinələr zamanı ona
31-32 həftəlik hamiləlik diaqnozu qoyulub.

Bildirilib ki, pasiyent həmin gün saat 20:20 radələrində cinsi
kişi olan, çəkisi 1900 qram, boyu 44 santimetr olan körpə dünyaya
gətirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar
davam etdirilir.