
Bakı. Trend:
Sumqayıtda dəm qazından zəhərlənən uşaqların hazırk vəziyyəti
açıqlanıb.
TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2
nəfərin müalicəsi Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında
davam etdirilir.
Məlumata görə, dəqiqləşdirilməmiş virus meninqoensofalit
diaqnozu təyin edilən pasiyentlərin vəziyyəti stabil
qiymətləndirilir.
“Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına
Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və
meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin vəziyyəti isə ağır
stabil olaraq qalır”, – əlavə edilib.
Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi
70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm
qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada
ölüb.
Zəhərlənən uşaqların atası ölən övladının dəfni zamanı “TikTok”da canlı yayım açıb. O, cənazə ilə canlı yayımı sosial
şəbəkələrdə yaydığı üçün uşaqlar dövlət qurumları tərəfindən
nəzarətə götürülüb.

