Bakı. Trend:
Dağıstanda güclü yağışlardan sonra daşan su nəticəsində Qejux su
anbarının bəndi partlayıb.
Trend xəbər verir
ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti
məlumat yayıb.
Nazirlik bildirib ki, “Güclü yağışlar nəticəsində su anbarı
daşıb və torpaq bənddə yarıq yaranıb. Hadisə yerinə əlavə qüvvələr
və vasitələr göndərilib”.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə
Baş İdarəsinin 40 nəfərlik heyəti və beş texnikadan ibarət
aeromobil qrupu hadisə yerinə cəlb olunub. İki kənd su altında
qalıb.

