Nəriman Axundzadə MLS-də ilk oyuna çıxdı

Baş səhifə

Azərbaycan millisinin və ABŞ-nin “Kolambus Kryu” klubunun futbolçusu Nəriman Axundzadə bu gün MLS-də debüt edib.

Modern.az xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün V turunun “Toronto” ilə səfər oyununda meydana çıxıb. Gənc forvard 88-ci dəqiqədə Andre Qomeşi əvəzləyib.

Qarşılaşma qonaq komandanın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Kolambus Kryu” klubuna qış fasiləsində “Qarabağ”dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.