
Bakı. Trend:
İran Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı birgə
Britaniya-ABŞ hərbi bazası istiqamətində iki ballistik raket
buraxıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, raketlər hədəflərə çatmayıb.
Onlardan birinin qarşısını almaq üçün ABŞ hərbçiləri SM-3 tipli
raketdən istifadə edib. Lakin bu raketin hədəfi məhv edib-etmədiyi
hələlik məlum deyil.
Mənbələrdə qeyd olunur ki, bu cəhd İranın raket proqramının
rəsmi açıqlamalardan daha geniş imkanlara malik olduğunu göstərir.
Bildirilir ki, baza İrandan təxminən 4000 kilometr məsafədə
yerləşir.
Xatırladılır ki, Hind okeanında Britaniyanın dənizaşırı
ərazisində yerləşən Dieqo-Qarsiya adası ABŞ hərbi qüvvələri üçün
strateji mərkəz hesab olunur. Burada uzaqmənzilli bombardmançı
təyyarələr, sualtı qayıqları və idarə olunan raketlərlə təchiz
olunmuş esmineslər yerləşdirilib.
Məlumata görə, hücum cəhdi bazanın əhəmiyyətini və İranın uzaq
məsafədə yerləşən ABŞ hərbi obyektlərini hədəfə almağa hazır
olduğunu göstərir.


