
“Real Madrid”in baş məşqçisi Vinisius Junior klubdakı gərginlik barədə açıqlama verib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, nüfuzlu futbolçuları idarə etməklə yanaşı futbol fəlsəfəsi, taktikası və fiziki iş də önəmlidir. Oyunçuların təsiri ilə məşqçilərin işdən çıxarıla biləcəyi barədə sualı şərh edən Alonso, ondan əvvəlki məşqçilərin də belə hallarla üzləşdiyini ifadə edib. Alonso, “Biz oyunçulara, komandalara və onların hazırlığına böyük hörmətlə yanaşırıq. Bu barədə danışmaq istəmirəm və danışmayacağam da. Soyunma otağının necə olduğunu, yaşadığınız anları və kənar səs-küylə mübarizə aparmalı olduğunuzu bilirəm”, – deyə bildirib.
Alonso klub rəhbərliyinin ona dəstək verib-vermədiyi barədə suala isə, “Dəstək deyil, çünki buna ehtiyac yoxdur, amma biz prezidentlə gündəlik əlaqə saxlayırıq. Həmçinin həmişəki kimi hər gün və ya hər iki gündən bir Xose Anxel Sançezlə də danışıram”- deyə cavab verib.


