Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Baş səhifə
Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var

Şəmkirdə avtomobil qəzası olub, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayon Qasımalılar kəndində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində azı 4 nəfər xəsarət alıb.

Əraziyə Təcili tibbi yardım biriqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatları hələ məlum deyil. Xəsarət alanların içərisində vəziyyəti ağır olanlar var