
Bakı. Trend:
“Reklamlarda Azərbaycan dilinin qayda və normalarına uyğun
olmayan saysız nümunələr gətirmək olar. Anlaşılandır ki,
reklamların mətnləri öncədən göndərilir və redaktə etmək çətindir.
Amma bəzi reklamlardakı fikirlər çox absurd səslənir. Bunlardan
biri də şadlıq saraylarının reklamlarıdır”.
Trend xəbər
verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin Televiziya və
radio jurnalistikası kafedrasının professoru, Azərbaycan Mətbuat
Şurasının Dil Komissiyasının üzvü, professor Qulu Məhərrəmli
“Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda
deyib.
Q.Məhərrəmli təklif edib ki, ölkəmizdə dilçilik olimpiadaları
keçirilməlidir və adı “Ana dili” olimpiadaları olmalıdır.
Onun sözlərinə görə, Dilçilik İnstitunun “Ana dili” mükafatı da
təsis edilməlidir və bu mükafat media nümayənlərinə təqdim
edilməlidir.

