AMB: Ötən il nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib

Baş səhifə
AMB: Ötən il nağd xarici valyutanın alışı satışını 423 milyon dollar üstələyib

Valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2.6 faiz bəndi azalaraq 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5.1% artaraq 11.5 mlrd. ABŞ dollarına çatıb.