Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var

Baş səhifə
Rusiya ordusu Xarkovda bazara zərbə endirib, yaralılar var

Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinin rayonlarından birində bazara pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.

“Report” Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, təxminən yerli vaxtla saat 14:30 radələrində Rusiyaya məxsus dron Xarkovun Slobodskoy rayonuna zərbə endirib, mərmilər yerli bazarın ərazisinə düşüb.

Hücum nəticəsində iki nəfər yaralanıb və bir neçə ticarət pavilyonu zədələnib.