Yeni Klinikada üzərində ilk robotik cərrahi əməliyyat keçirilən pasiyent bu gün evə buraxılıb.
“Report” xəbər verir ki, robotik cərrahi əməliyyatla xolesistektomiya əməliyyatı olunan 2003-cü il təvəllüdlü pasiyent (kişi cinsli) 24 saat müşahidə altında həkim nəzarətində saxlanılıb.
Xatırladaq ki, Yeni Klinikada robotik cərrahi əməliyyatların icrasına başlanılıb. İlk dəfə 22.01.2026-cı il tarixində 2003-cü il təvəllüdlü pasiyent üzərində icra olunan robotik xolesistektomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı uğurla başa çatıb.
Məlumat üçün bildirək ki, bu cür cərrahi əməliyyatlarda konsol cərrahi birbaşa xəstəyə toxunmur, bütün müdaxilələr robot sistemi üzərindən həyata keçirilir. O, 3D və 12 qat böyütməklə yüksək dəqiqlikli görüntü sistemi altında çalışaraq əməliyyat sahəsini ətraflı şəkildə izləyir. Robot qollarının bütün hərəkətlərini – kəsmə, tikiş, disseksiya və digər cərrahi manipulyasiyaları – joystiklər vasitəsilə dəqiqliklə icra edir.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

