
Tacikistanda 15 yaşlı MMA döyüşçüsü Məhəmmədəli Sadulloyev həmyaşıdları ilə baş verən münaqişə nəticəsində öldürülüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Qarışıq Döyüş Sənətləri Federasiyası məlumat yayıb.
Hadisə yanvarın 11-dən 12-nə keçən gecə Kulab şəhərindəki kompüter klublarından birində baş verib. Münaqişə zamanı M.Sadulloyev ürək nahiyəsindən bıçaq zərbəsi alıb. Hadisə nəticəsində daha iki nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları iki şübhəli şəxsi saxlayıb, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, M.Sadulloyev 2024-cü ildə MMA üzrə gənclər arasında dünya çempionatının qalibi olub. O, 2025-ci ildə həm də Tacikistan çempionu adını qazanmışdı.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


