Tramp Qrenlandiyanı işğal etmək planı hazırlamağına dair tapşırıq verib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ABŞ Birgə Xüsusi Əməliyyatlar
Komandanlığına (JSOC) Qrenlandiyaya hücum üçün ətraflı plan
hazırlamağı əmr edib.

Trend-in məlumatına görə, bu barədə Britaniyanın “The Mail on
Sunday” qəzeti mənbələrə istinadən xəbər verib.




Qeyd olunub ki, Tramp Qrenlandiyanın “strateji mövqeyi və
mineral sərvətlərinə” əsaslanaraq onu ilhaq etmək istəyir.