Avropada güclü qar səbəbindən minlərlə uçuş ləğv olunub

Baş səhifə

Bakı.Trend:

Güclü qar və buzlu hava şəraiti Avropanın bir neçə şəhərində
hava limanlarının fəaliyyətini pozub.

Trend-in məlumatına görə, bu barədə “The New York Times” qəzeti
xəbər verib.




Məlumata əsasən, bu həftə Amsterdamın Sxipxol hava limanında
2000-dən çox uçuş ləğv edilib və ləğvlərin davam edəcəyi
gözlənilir. Aviaşirkətlər Almaniya, Belçika və Fransaya uçuşları
təxirə salmaq məcburiyyətində qalıblar.

Fransa və Niderlanddakı meteorologiya agentlikləri güclü qar və
buz səbəbindən əksər departamentlər üçün narıncı hava xəbərdarlığı
elan edib. Hava şəraitinin kəskin soyuması səbəbindən Paris və onun
ətraf ərazilərində ağır yük maşınlarının və minik avtomobillərinin
hərəkətinə məhdudiyyətlər tətbiq edilib.